Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə  “Gəncə doğru”layihəsi çərçivəsində ”Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib

12.02.2024

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun və Lerik rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  “Gəncə doğru" layihəsi çərçivəsində  gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyun keçirilib.


Gənclərdən ibarət komandaların iştirak etdiyi yarışda "Vüqar" komandası birinci, "Bayraqdar" komandası ikinci, "Zəfər" komandası isə üçüncü yeri tutub.


Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin "Kubok" və "Diplom"ları təqdim olunub.